XƏBƏR, SOSİAL
22-01-2020, 10:17

Deputatlığa namizəd Sahibə Qafarova şəhid ailəsi ilə görüşüb

Deputatlığa namizəd Sahibə Qafarova şəhid ailəsi ilə görüşüb

98 saylı Şəmkir şəhər Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarova şəhid Nurəddin Məmmədovun ailə üzvləri ilə görüşüb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Sahibə Qafarova öz şəxsi "facebook.com" səhifəsindəki paylaşımında qeyd edib.

S.Qafarova qeyd edib ki, "bu gün Şəmkir rayonunda torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canından keçmiş, öz mərdliyi və şücaəti ilə vətəni sevmək nümunəsi göstərən şəhid Nurəddin Məmmədovun ailə üzvləri ilə görüşdük. Şəhidimizin ailəsi dövlətinə və Prezidentimizə bağlı olan, sözün həqiqi mənasında vətənsevər bir ailədir. Onlar əmindirlər ki, tezliklə güclü, qüdrətli Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək, düşmən tapdağı altındakı torpaqlarımız azad olunacaq. Azərbaycan xalqı və dövləti hər zaman öz şəhidlərinin xatirəsini uca tutur, onların ailəsinə öz dərin hörmət və ehtiramını əsirgəmir! Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Görüş zamanı şəhidin ailə üzvləri Nurəddin Məmmədovla bağlı xatirələrindən danışmışlar və onun keçdiyi sücaətli döyüş yolundan bəhs etmişlər.

Son Xəbər