XƏBƏR, İQTİSADİYYAT
21-01-2020, 23:44

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 10,4 milyard kubmetr təbii qaz göndərilib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 10,4 milyard kubmetr təbii qaz göndərilib

Keçən il Azərbaycandakı magistral qaz kəmərləri ilə 27 milyard 512,7 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilə nisbətən 17,1 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a verilən məlumata görə, il ərzində qaz nəqlinin 37,9 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 10 milyard 417,8 milyon kubmetr təbii qaz ixrac edilib.






Son Xəbər