XƏBƏR, MANŞET-SLAYDER
21-01-2020, 16:43

2019-cu ildə Kür qəsəbəsində hansı işlər görülüb - HESABAT

Bu gün 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş daha bir hesabat yığıncağı Şəmkir rayonun Kür qəsəbəsində keçirilib.

Qərbinfo.az xəbər verir ki, H.Z.Tağıyev adına 2 saylı Kür qəsəbə tam orta məktəbin iclas zalında keçirilən hesabat yığıncağında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, qəsəbədə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və adiyyatı orqanlar, qəsəbə sakinləri iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Vaqif Maarif oğlu hesabat verərək qeyd etdi ki, hər il olduğu kimi 2019-cu ildə də Şəmkir rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri Kür qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.

Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülmüşdür.

Vaqif Əliyev hesat məruzəsində bildirib ki, 2019-cu ildə Kür qəsəbəsində 35 yeni fərdi yaşayış evi tikilmiş, 32 fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Hesabat iclasında çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı.

İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub.

Son Xəbər