XƏBƏR, MANŞET-SLAYDER
21-01-2020, 12:40

Şəmkir RİH-in başçısı ATƏT-in nümayəndələrini qəbul edib

Şəmkir RİH-in başçısı ATƏT-in  nümayəndələrini qəbul edib


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının nümayəndələri Aleksandır Anderson və Astrid Mueni qəbul edib.

Qərbinfo.az-ın araşdırmasına görə görüş zamanı Alimpaşa Məmmədov qonaqları salamlayıb və onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib, nümayəndələrə rayonun tarixi, iqtisadi, mədəni həyatı, əhalisi haqqında məlumat verib.

ATƏT-in nümayəndələri də Şəmkirdə olmaqdan mənun olduqlarını bildirib, səmimi qəbula görə icra başçısına təşəkkür ediblər.
Daha sonra bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılıb.






Son Xəbər