XƏBƏR, SOSİAL
18-01-2020, 14:53

Deputatlığa namizəd Nurlan Həsənov şəmkirlilərə müraciət edib

Deputatlığa namizəd Nurlan Həsənov şəmkirlilərə müraciət edib

99 saylı Şəmkir kənd dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Nurlan Həsənov öz "facebook.com" səhifəsində şəmkirli seçicilərinə müraciət edib.

Qərbinfo.az həmin müraciəti təqdim edir.

"Əziz Şəmkirlilər,
Mən, Nurlan Həsənov, 99 saylı Şəmkir kənd dairəsindən Yeni Azərbaycan Partiyasının namizədiyəm.
Şəmkirdə anadan olmuşam. Uşaqlığımın ən gözəl illəri burada keçib.
Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Almaniyanın Bremen Universitetində hüquq üzrə magistr pilləsində təhsil almışam.
25 yaşında Almaniyanın Bremen Universitetində doktorantura təhsilimi bitirmişəm.
Təhsil müddətində Almaniya Federal Parlamentində iş təcrübəsi keçmişəm.
Hüquq təhsili alsam da siyasətə marağım hər zaman olub. Siyasət mübarizədir və burda heç vaxt səhvə və güzəştə yer yoxdur.
Şəmkir Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli rayondur xüsusilə Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün çox önəmlidir. Şəmkir hər zaman cənab Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Burda həm güclü istehsal var, həm də xaricə ixrac var. Bu o deməkdir ki, buranın insanları nəinki zəhmətkeş, çalışqan, həm də bacarıqlıdırlar. Qeyri neft sektorunun inkişafı Azərbaycanda dövlət siyasətinin strateji hədəfləridir.
Mən seçicilərimə söz verirəmki, seçiləcəyim halda öz seçicilərimlə daim əlaqədə olacam və onların problemlərinin həllində əlimdən gələni edəcəyəm.
Bəlkə bütün problemlərin hamısını həll edə bilməyəcəyik, amma əmin ola bilərsiniz ki, onların həll olunması üçün var gücümüzlə çalışacayıq, mübarizə aparacağıq.
Daha yaxşı Şəmkir üçün mənə səs verin!"

Son Xəbər