XƏBƏR, SİYASƏT
18-01-2020, 14:31

Deputatlığa namizəd Sahibə Qafarova seçicilərlə ilk görüşünü keçirib - FOTO

Deputatlığa namizəd Sahibə Qafarova seçicilərlə ilk görüşünü keçirib

98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Sahibə Qafarova seçicilərlə ilk görüşünü keçirib.

Qərbinfo.az xəbər verir ki, 17 yanvar 2020-ci il tarixində 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Sahibə Qafarova təbliğat kampaniyası çərçivəsində ilk görüşünü Yeni Azərbaycan Partiyasının Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzinin akt zalında keçirib.

Tədbiri giriş sözü ilə açan partiyanın Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputatlığa namizəd S.Qafarova barədə məlumat verərək bildirdi ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə 123 namizəd irəli sürüb və onların əksəriyyəti yeni dünyagörüşlü, gənc kadrlardır.

F.Vəliyev qeyd etdi ki, 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən YAP tərəfindən irəli sürülmüş namizədimizdə, partiya tərəfindən irəli sürlümüş digər namizədləri kimi, S.Qafarovanında fevralın 9-da qələbə çalacağına tam əmindir.

S.Qafarova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisə seçkilərdə partiya sıralarından namizədliyi irəli sürülmüş gənclərə böyük etimad göstərdiyini bildirib və qeyd edib ki, aktiv təbliğat kampaniyası keçirib qələbə qazanmaqla bu etimadı doğrultmağa çalışacaq. Şəmkir rayonunun sürətlə dəyişən və yenilənən olduğunu deyən S.Qafarova abadlıq və quruculuq işlərinin davam edəcəyini bildirib və seçiləcəyi tədqirdə millət vəkili olaraq bu prosesə hər cür dəstək və kömək göstərməyə hazır olduğunu söyləyib.

S.Qafarova qeyd edib ki, partiya rəhbərliyi tərəfindən onun qarşısına seçicilərin rəğbətini qazanmaq, seçkilərdə qələbə çalıb sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub.

Son Xəbər