XƏBƏR, DÜNYA
18-01-2020, 10:56

Ukrayna Prezidenti Baş Nazirin istefasını qəbul etməyib

Ukrayna Prezidenti Baş Nazirin istefasını qəbul etməyib

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir Aleksey Qonçarukun istefasını qəbul etməyib.

Qərbinfo.az TASS agentliyinə istinadən bildirir ki, Baş Nazirlə görüşən Prezident Zelenski ona və hökümətə daha bir şans vermək qərarına gəldiyini deyib.

Zelenski həmçinin Nazirlər Kabinetinin üzvlərini vicdansız və ya qeyri-peşəkar hesab etmədiyini, Qonçarukla birlikdə "hökuməti gücləndirmək" istədiklərini qeyd edib.






Son Xəbər