XƏBƏR, MƏDƏNİYYƏT
16-01-2020, 11:54

Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markası nəşr edilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markası nəşr edilib

Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Cakartada təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

Qərbinfo.az-ın məlumatına görə, Ümummilli Lider Heydər Əliyev və dövlət bayrağımızın birgə təsviri olan poçt markaları İndoneziya poçt şəbəkəsində istifadə üçün 2019-cü ilin dekabrından dövriyyəyə buraxılıb.

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) markanın elektron versiyası mövcuddur.






Son Xəbər