XƏBƏR, DÜNYA
16-01-2020, 09:24

50-dən çox ölkənin Prezident və Baş Naziri bir araya gələcək

50-dən çox ölkənin Prezident və Baş Naziri bir araya gələcəkBu ilin 21-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçiriləcək.

Qərbinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il təşkil olunacaq iqtisadi foruma 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclasın keçirilməsi planlaşdırılır.

Ümumilikdə builki Davus forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.






Son Xəbər