XƏBƏR, SİYASƏT
15-01-2020, 23:58

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1396 nəfər qeydə alınıb

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1396 nəfər qeydə alınıb

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

Qərbinfo.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, indiyə qədər 1396 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, parlament seçkiləri bu il fevralın 9-da keçiriləcək.






Son Xəbər