XƏBƏR, İQTİSADİYYAT
15-01-2020, 11:51

Ötən il “Azəriqaz”da 100 min 368 yeni abonent qeydiyyata alınıb

Ötən il “Azəriqaz”da 100 min 368 yeni abonent qeydiyyata alınıb

2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 min 368 yeni abonent qeydiyyata alınıb.

Birlikdən Qərbinfo.az-a bildirilib ki, bunun 57 min 466-sı Bakı, Abşeron və Sumqayıt, 42 min 902-si regionlar üzrədir. Ötən ilin dekabr ayında əhali sektoru üzrə 15 min 315 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8148-i Bakı, Abşeron və Sumqayıt, 7 167-si regionların payına düşür. Beləliklə, keçən il əhali sektoru üzrə 2 milyon 247 min 618 abonent qeydə alınıb. Bakı şəhəri üzrə abonent sayı 863 min 868, regionlar üzrə isə 1 milyon 383 min 750 təşkil edir.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000 kubmetr limit ayrılıb.






Son Xəbər