XƏBƏR, İDMAN
14-01-2020, 17:55

Şəmkirdə “Coca-Cola Məktəbli Kuboku” futbol turnirinə start verilib - FOTO

Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və AFFA-nın birgə təşkilatçılığı Şəmkir rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə ənənəvi olaraq keçirilən “Coca-Cola Məktəbli Kuboku” futbol turnirinə start verilmişdir.

Qərbinfo.az xəbər verir ki, Futbol turnirində Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Miraqil Mircavadov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin UGİM-nin direktoru Namiq Mahmudov, Şəmkir rayon Təhsil şöbəsinin metodisti Sudabə Vəliyeva, idman müəllimləri iştirak etmişdir. Yarışı giriş sözü ilə açan Şəmkir rayon Təhsil şöbəsinin metodisti Sudabə Vəliyeva yarış iştirakçılarını salamlamış, ənənəvi olaraq keçirilən futbol turnirinin əhəmiyyətindən danışmışdır.

Sudabə Vəliyeva bildirib ki, 2011-ci ildən həyata keçirilən “Coca-Cola Məktəbli Kuboku” məktəblilər üçün təşkil olunmuş ən böyük futbol turniridir. “Coca-Cola Məktəbli Kuboku”na hər il on minlərlə məktəbli qatılır. Şagirdlər futbol həyacanı yaşayır, yeni dostlar əldə edir, dünya görüşlərini artırırlar. Bütün bunlar uşaq futbolunun inkişafına müsbət təsir göstərir.

Sonra çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov şagirdlərdə futbola maraq oyatmaqla yanaşı, cəmiyyətdə sağlam həyat tərzinin təbliği istiqamətində də vacib layihədir. Layihənin ərsəyə gəlməsinə töhfə verən Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə təşəkkürümü bildirmişdir.

Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”-nun rayon turnirində 60 komanda 5 zona üzrə mübarizə aparacaqdır. Sonda qaliblər kubok və diplomlarla təltif olunacaqdır.

Son Xəbər