XƏBƏR, İQTİSADİYYAT
13-01-2020, 19:53

Azərbaycanın dağ çayları tədqiq olunur

Azərbaycanın dağ çayları tədqiq olunur

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın dağ çaylarının sülb axımı tədqiq olunur və hesablama metodikası hazırlanır.

İnstitutdan Qərbinfo.az-a bildirilib ki, ilkin mərhələdə Naxçıvan dağ çaylarının sülb axımı tədqiq olunub. Müəyyən edilib ki, su sərfi üzərində aparılmış müşahidələrin davamiyyəti eyni olmayıb və 4-68 il arasında dəyişir. Tədqiqatlara əsasən çay məntəqələri seçilib. Belə çay məntəqələrinə Naxçıvançay-Qarababa, Cəhriçay-Payız, Əlincəçay-Ərəfsə, Gilançay-Başdizə, Ordubadçay-Nüsnüs aiddir.






Son Xəbər