XƏBƏR, DÜNYA
13-01-2020, 18:31

İranda təyyarə qəzasında həlak olanların bir qrupunun kimliyi bəlli olub

İranda təyyarə qəzasında həlak olanların bir qrupunun kimliyi bəlli olub

8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanlardan 50 nəfərin kimliyi bəlli olub.

Qərbinfo.az-ın məlumatına görə, bunu İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 50 meyitin bir neçəsi əcnəbi vətəndaşa məxsusdur.

Məscidi Arani bildirib ki, 15 xüsusi işçi qrupu həlak olanların müəyyənləşdirilməsi üzərində işləyir və meyitlərdən 800 analiz götürülüb.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvarda səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.






Son Xəbər