XƏBƏR, MANŞET-SLAYDER
11-01-2020, 17:28

Prezident İlham Əliyev Oman Sultanına başsağlığı verib

Prezident İlham Əliyev Oman Sultanına başsağlığı verib

Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə başsağlığı verib.

Başsağlığında deyilir: "Əlahəzrət, Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"






Son Xəbər