XƏBƏR, MANŞET-SLAYDER, HƏRBİ
10-01-2020, 15:54

İcra başçısı gəncləri hərbi xidmətə yola saldı-FOTOLAR

Bu gün Şəmkir rayonundan olan çağırışçıların bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Qərbinfo.az-ın araşdırmasına görə tədbirdə Şəmkir rayon icra hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayon ağsaqqaları, müharibə veteranları, valideynlər, gənc çağırışçılar və rayon ictimaiyyəti iştirak edib.

Dövlət himnimizin səslənməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan Alimpaşa Məmmədov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirdi. Gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulayıb.
İcra Hakimiyyəti başçısı müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd edib. Bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə səngərlərdə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür.

Son illər Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılması hərbi məhsullar istehsal edən zavodların açılması ölkənin hərbi sisteminin, müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir.
Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunaraq müqəddəs Qurani-Kərimin və Azərbaycan Respublikasının bayrağı altından keçərək xidmətə yola salınıblar.

Son Xəbər