XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
9-01-2020, 10:53

Hamlet Qasımov: "Mən heç fikirləşmədən ilk belə yazının Şəmkirdən getməsini təklif etdim"

Hamlet Qasımov: "Mən heç fikirləşmədən ilk belə yazının Şəmkirdən getməsini təklif etdim""Xalq qəzeti"nin bölgə müxbiri Hamlet Qasımov öz şəxsi "facebook.com" sosial şəbəkəsində 2020-ci ilin "Könüllülər ili" elan edilməsi ilə bağlı paylaşımında maraqlı fikirlər səsləndirib.

Qərbinfo.az həmin paylaşımı təqdim edir.

Hamlet Qasımov: "Əgər mən rəhbər olsaydım...". 5 il qabaq Şəmkirdən yazdığım yazının adıdır. Arif Vəliyev adlı məktəbli keçib əyləşib başçının kürsüsündə. Yanında da aparatın "işçiləri". Tapşırıq verir, "hesabat tələb edir" və sair.

H.Qasımov paylaşımında qeyd edərək vurğulayıib ki, Ölkə başçısının 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə bağlı "Xalq qəzeti" müntəzəm yazıların verilməsini nəzərdə tutub və mən heç fikirləşmədən ilk belə yazının Şəmkirdən getməsini təklif etdim. Çünki bu sahədə o rayonda əməlli-başlı iş var və neçə illərdir zəngin təcrübə əldə olunub. Niyə də geniş yaymayaq?!

Tural Əliyev, Qərbinfo.az






Son Xəbər