XƏBƏR, MANŞET-SLAYDER, MƏDƏNİYYƏT, VİDEO
3-01-2020, 18:11

Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin üzvü Beynəlxalq festivalda ermənilərin təxribat cəhdinin qarşısını aldı - VİDEO

Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin üzvü Beynəlxalq festivalda ermənilərin təxribat cəhdinin qarşısını aldı - VİDEO

Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin üzvü oktyabrın 3-də Gürcüstanda keçirilən Beynəlxalq musiqi festivalında ermənilərin növbəti dəfə təxribat törətmək istəklərinin qarşısını alıb.

Qərbinfo.az xəbər verir ki, "İstedadlı Əlillər İctimai Birliyi"nin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən "IVERIA - DIAMOND – 2019" adlı beynəlxalq festivalda iştrak ediblər.

Beynəlxalq festivalda Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin üzvü, milli və türk saz ifaçısı Mehrac Dünyamalıyev də iştirak edib.

Qeyd edək ki, festivalda Ermənistan təmsilçisi müsabiqədə Azərbaycanın Xalq mahnısı olan "Sarı gəlin" musiqisi ilə çıxış etmək istəyib. M.Dünyamalıyev bu hadisəyə etiraz edib. O, müsabiqə üçün nəzərdə tutduğu proqramda dəyişiklik edib və türk sazında "Sarı gəlin" mahnısını ifa edərək festivalda 1-ci yerə layiq görülüb.

Bu bardə M.Dünyamalıyev "Qərbinfo.az"-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.







Son Xəbər