XƏBƏR, VİDEO
30-06-2017, 15:43

Həftəsonu Şəmkirdə necə və harada istirahət etmək olar? - VİDEO

Həftəsonu Şəmkirdə necə və harada istirahət etmək olar?Həvəslə gözlədiyimiz, ən sevimli günlər həftəsonlarıdır. Həftəsonunu əyləncəli keçirə bilmək üçün hər kəsin fərqli düşüncələri, planları olur. Şəmkirlilər həftə sonlarını maraqlı keçirmək üçün şanslıdırlar desək yanılmarıq. Çünkı rayonun mərkəzində gözəl və əyləncəli istirahət parkı, Kür çayının Şəmkirə bəxş etdiyi sakit və düşüncəli görüntüsü, gözəl dağlar və dağların ətəyindəki təravətli və sakit mənzərələr.

Vaxt məhdudiyyətləri olanlar əsasən Şəmkir Şəhər parkına üz tutur. Səbəb?
Səbəbi çox sadədir. Şəmkir şəhər parkının özəl cəhəti böyük əyləncə mərkəzidir. Mərkəzdə çoxlu sayda açıq hava attraksionları və 150-dən çox oyun avtomatı olan örtülü pavilyon var. Açıq havada 12 növ başgicəlləndirici yelləncək və attraksion, o cümlədən bu gün Azərbaycanda yeganə olan “Amerikan təpəcikləri” quraşdırılıb.

Kimi isə gözəl mənzərələr, təmiz dağ havası ilə həftə sonunu keçirmək istəyir. Onların da ünvanı Şəmkir Çənlibeldir. O Çənlibel ki, bir zamanlar tarix Koroğlu dəlilərinin məskənlərindən olduğunu göstərir, o Çənlibel ki, burada siz açıq səma altında zooparkla tanış ola bilərsiniz. Zoopark?

Bəli, yalnış oxumadınız açıq səma altında heyvanxana. Özüdə çoxlarının heç vaxt yaxından görmək şansı olmadığı marallarla dolu bir zoopark.
Xəbəriniz olsun, Çənlibel kəndi yaxınlığındakı “Maral Bağı”na getsəniz marallarla qarşılaşmaya bilərsiniz. Əgər onları görmək istəyirsinizsə, sadə yolu var. Maralları çağırmaq rituala bağlıdır. Ritual isə çox sadədir: dəmir parçasını götürün və var gücünüzlə onların bəsləndiyi yem qablarına vurun. Dəmirin çıxardığı əks-səda gözdən itən təpəliklərə qədər yayılacaq və əlbəttə ki, maralların da qulağına çatacaq. Dəvətdən sonra haqqında yazdığımız marallar asta-asta sizin görüşünüzə gəlir.
Bu məkan bütün xidmətləri şəmkirlilərə və turistlərə təklif edir. Söhbət Şəmkirin Çənlibel kəndi ərazisində yerləşən “Maral bağı”ndan gedir. Şəmkirin mərkəzindən “Maral bağı”na 45 dəqiqəlik yoldur. Bura getmək üçün Çənlibel kəndindən, təbiyyətin bütün gözəlliklərinə, düzəndən dağa doğru libasını dəyişən təbiətdən keçərək gedirsiniz.
Məkana ayaq basar-basmaz görəcəksiniz ki, dağlar sizi dövrəyə alıb. Və siz bu halqanın qaşısınız. İnsan məhz dağların qucaq açdığını görəndə özünü parıldayan cəvahirat kimi hiss edir. Daha doğrusu gözəl Şəmkir təbiəti bu hissləri yaşadır. Dağ döşündə taxtadan kiçik evlər səpələnib
Sizin də təklif və tövsiyələrinizi bilmək maraqlı olardı. Gəlin, paylaşaq ki, başqalarına da kömək olaq, yeni ideyalara kəşf edək.






Son Xəbər