XƏBƏR, DÜNYA
2-01-2020, 22:39

Ötən il təyyarə qəzalarında 257 nəfər ölüb

Ötən il təyyarə qəzalarında 257 nəfər ölüb

Ötən il təyyarə qəzalarında 257 nəfər ölüb 2019-cu ildə baş verən təyyarə qəzalarında 257 nəfər həlak olub.

Qərbinfo.az xəbər verir ki, bu rəqəm To70 konsaltinq şirkətinin "2019 mülki aviasiyanın icmalı" illik hesabatında öz əksini tapıb.

Məlumata görə, 2019-cu ildə dünyada cəmisi 86 aviasiya qəzası baş verib, onların 8-i insan itkisi ilə nəticələnib. Bu göstəricinin 2018-ci illə müqayisədə iki dəfə azaldığı da qeyd edilir. 2018-ci ildə təyyarələrlə bağlı ümumilikdə 157 hadisə baş verib, nəticədə 534 nəfər həyatını itirib. Beləliklə, ekspertlərin qiymətləndirməsinə görə, 2019-cu ildə 5,5 milyon reysdən birinə ölümcül hava faciəsi düşür.






Son Xəbər