XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
2-01-2020, 17:10

Şəmkir RİH-in "facebook" səhifəsinin paylaşımında, bir günə 1300-ə yaxın bəyənmə sayı qeydə alınıb - ARAŞDIRMA

Şəmkir RİH-in "facebook" səhifəsinin paylaşımında, bir günə 1300-ə yaxın bəyənmə sayı qeydə alınıb

Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi "facebook.com" səhifəsində paylaşım bir gün ərzində 1300-ə yaxın bəyənmə, 34 min baxış sayı qazanıb.

Qərbinfo.az-ın araşdırmasına görə, bəyənmə sayı sözügedən "facbook" səhifəsində Şəmkir rayonunun Çənlibel kəndindən hazırlanmış video-süjetin yayımlanması nəticəsində qeydə alınıb.

Qeyd edək ki, təqdim olunan məlumat 01.01.2020-ci il tarixindəki araşdırmanın nəticələrini əks etdirir.

Nəzərinizə çatdırırıq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi "facebook" səhifəsində, qısa zaman ərzində ən yüksək bəyənmə sayı qazanmış paylaşımlardan biri də şəmkirli idmançı Zirəddin Bayramovun erməni güləşçisi üzərində qələbə çaldığı anı əks etdirən video-süjetin yayımlanması olub. Həmin paylaşım 5000-nə yaxın bəyənmə və 250 mindən çox baxış sayı qazanmışdır.

Şəmkir RİH-in "facebook" səhifəsinin paylaşımında, bir günə 1300-ə yaxın bəyənmə sayı qeydə alınıb






Son Xəbər