XƏBƏR, DÜNYA
2-01-2020, 10:19

Ermənistanda 50-dən çox insan pirotexniki vasitələrdən xəsarət alıb

Ermənistanda 50-dən çox insan pirotexniki vasitələrdən xəsarət alıb

Ermənistanda Yeni ildə 50-dən çox insan pirotexniki vasitələrdən xəsarət alıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan öz "Facebook" səhifəsində bildirib.

A.Torosyan deyib: "Son iki gün ərzində pirotexnika və fişənglərdən xəsarət alan 52 nəfər Ermənistanın tibb mərkəzlərinə müraciət edib".

Onun sözlərinə görə, onlardan 8 nəfər - 7 yaşdan 14 yaşa qədər uşaqlar, 7 nəfər - 15-17 yaşlı yeniyetmələr, qalan 37 nəfər - 18 yaşdan yuxarı olan böyüklərdir.

A.Torosyan məişət pirotexnikasından tamamilə imtina etməyə çağırış edib. O əlavə edib ki, artıq pirotexnika məhsulları və fişənglərin satışını məhdudlaşdıran qanun layihələri hazırlanıb.






Son Xəbər