XƏBƏR, MANŞET-SLAYDER
29-12-2019, 18:27

Şəmkirdə şəhid ailəsi yeni ili yeni mənzilində qarşılayacaq - FOTO

Şəmkirdə şəhid ailəsi yeni ili yeni mənzilində qarşılayacaq - FOTO

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Şəmkir rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa etdirilən fərdi ev şəhid Elçin Rüstəmovun ailəsinə təqdim edilib.

Qərbnfo.az xəbər verir ki, yeni mənzilin açarlarını şəhid ailəsinə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.

İcra başçısı şəhid ölkədə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Cənab Prezident tərəfindən Şəmkir rayonunda üç çoxmərtəbli yaşayış binasının, 60-dan çox fərdi yaşayış evinin inşa etdirildiyi vurğulanıb. Bundan başqa, yüzlərlə müharibə veteranı, əlil və şəhid ailəsi minik avtomobilləri ilə təmin olunub.

Yaxın vaxtlarda daha bir neçə fərdi yaşayış evi bu kateqoriyadan olan sahiblərinə təqdim ediləcək. Rəsmi hissədən sonra iki otqalı evdə yaradılan şəraitlə tanışlıq olub.

Şəhid ailəsinin üzvü Gülnarə Rüstəmova: "Ev problemi hər zaman bizim üçün çətinlik yaradırdı. Bugünkü gün yeni il ərəfəsində dövlətimizin qayğısı sayəsində yeni mənzillə təmin olunuruq. Çox təşəkkürümüzü minnətdarlığımızı bildiririk".

Son Xəbər