XƏBƏR, İQTİSADİYYAT
29-12-2019, 23:53

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 614 manat olub

Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 614 manat olub

Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3060,8 manat, qeyri-neft-qaz sektorunda 559 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.






Son Xəbər