XƏBƏR, MƏDƏNİYYƏT
17-12-2019, 09:41

Şəmkirdə Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib

Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin dəstəyi ilə Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib.
Şəmkirdə Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib

Qərbinfo.az xəbər verir ki, tədbir rayonun mədəniyyət və incəsənət xadimləri və fəal gənclərin iştirakı ilə Şəmkir Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə "Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"i üzvlərinin ifasında xalq artistinin qurluş verdiyi və oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” kimi məşhur rəqsləri nümayiş olunub.
Şəmkirdə Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib

Xatırladaq ki, Prezident İlham Əliyev bu il sentyabrın 4-də tanınmış rəqqasənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub.

Son Xəbər