XƏBƏR, MƏDƏNİYYƏT
16-12-2019, 17:58

Vaqif Mustafazadənin vəfatından 40 il ötür

Vaqif Mustafazadənin vəfatından 40 il ötür

Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin vəfatından 40 il ötür.

Qərbinfo.az-ın məlumatına görə, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Yasamal qəbiristanlığına gələrək Vaqif Mustafazadənin məzarını ziyarət edib, onun qəbirüstü abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Vaqif Mustafazadənin həyat yoluna nəzər salib: “O, Azərbaycan musiqi mədəniyyətinin ən parlaq ulduzlarından biri idi. Qısa bir ömür yaşamasına baxmayaraq caz musiqisində yeni janr yarada bilib. Onun qərb cazının muğamla sintezi dünya şöhrətli cazmenlər tərəfindən yüksək dəyərləndirilib. Vaqif Mustafazadə özünü bəstəkar və “Sevil”, “Muğam” kimi ansamblların rəhbəri kimi təsdiq edib”.

Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Vaqif Musatazədə sənətini hər zaman yüksək qiymətləndirir.






Son Xəbər