XƏBƏR, İQTİSADİYYAT
16-12-2019, 16:57

Azərbaycanda inşa olunan ilk tanker

Azərbaycanda inşa olunan ilk tankerDekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi əsasında “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilmə mərasimi keçirilib.
ASCO-dan Qərbinfo.az -a verilən məlumata görə, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib.

Gəminin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker Iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

“Laçın” gəmisinin kapitanı Elmar Səlimov bildirib ki, tanker nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

“Gəmi Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Avropa limanlarında üzəcək. Hazırda gəminin növbəti səfərə çıxması ilə bağlı işlər görülür. Vaxt və gəminin ilk gedəcəyi yer bəlli deyil”.

Azərbaycanda inşa olunan ilk tanker
Azərbaycanda inşa olunan ilk tanker
Azərbaycanda inşa olunan ilk tanker
Azərbaycanda inşa olunan ilk tanker






Son Xəbər