XƏBƏR, HADİSƏ
16-12-2019, 09:21

Şəmkirdə 3 otaqlı ev yanıb

Şəmkirdə 3 otaqlı ev yanıbŞəmkir rayonunun Dəllər Cırdaxan kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilən ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində 1 ədəd divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi, bitişik talvar və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Son Xəbər