XƏBƏR, İDMAN
7-12-2019, 18:24

Mariana Vasileva: Estafetə əsl yarış kimi hazırlaşmışdıq

Mariana Vasileva: Estafetə əsl yarış kimi hazırlaşmışdıq

Estafetə əsl yarış kimi hazırlaşmışdıq, bizim üçün bütün yarışlar dünya çempionatı kimidir.

Qərbinfo.az xəbər verir ki, bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarından sonra deyib.

O, bu cür yarışların ilk dəfə keçirildiyini vurğulayıb:

“Bu çox maraqlı yarışdır, çünki estafetdə təkcə idmançılar yox, həm də onların valideynləri və məşqçilər iştirak edir. Estafet iştirakçıları arasında yaş həddi qoyulmayıb, valideynlər arasında hətta gimnast Nərminə Səmədovanın nənəsi də iştirak edib. Gimnastika hamının məşğul ola biləcəyi bir növdür. Bizim qapılarımız hər kəsə açıqdır, idman gimnastikadan başlayır!”

M.Vasilevanın sözlərinə görə, estafetin keçirilməsində məqsəd kollektivin, gimnastlar, onların valideynlərinin və məşqçilərin birliyidir:

“Bəzən kənardan elə görünür ki, idmançının işi asandır, çünki publika yalnız yekun çıxışları görür. Amma əlbəttə, valideynlər, uşaqların məşq prosesinə nə qədər güc sərf etdiyini bilir. Estafetdəki yarışların səviyyəsi hər kəs üçün əlçatandır. Komandanı estafetə hazırlayarkən hiss edirdim ki, hər bir iştirakçı qələbə qazanmaq istəyir. Hər kəs Milli Gimnastika Arenasında hökm sürən gimnastika ruhunu hiss edir”.






Son Xəbər