XƏBƏR, DÜNYA
6-12-2019, 17:58

“MSK seçki prosesinə sabah start verəcək”

“MSK seçki prosesinə sabah start verəcək”

“Mərkəzi Seçki Komissiyası (MSK) debakrın 7-dən növbədənkənar parlament seçkisi prosesinə start verəcək”.

Qərbinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasına açıqlamasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O, sabahkı iclasın gündəliyini açıqlayıb: “Sabahkı iclasda komissiyaların fəaliyyətə başlaması rəsmiləşdiriləcək, təqvim planı təsdiqlənəcək. Bundan başqa, müraciətlərə baxılması üçün işçi qruplar yaradılacaq. Ondan sonra ehtiyac olarsa, hər gün iclas edəcəyik”.






Son Xəbər