XƏBƏR, SİYASƏT
6-12-2019, 10:25

Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb

Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı iclası çərçivəsində İrlandiyanın Xarici İşlər və Ticarət naziri Simon Koveney ilə görüşüb.

XİN-dən Qərbinfo.az-a verilən məlumata görə, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi apardılar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə etdilər.






Son Xəbər