XƏBƏR, SOSİAL
6-12-2019, 08:59

Bu gün Şəmkirdə ağacəkmə aksiyası keçiriləcək - Aksiya çərçivəsində 6 min ağac əkiləcək

Bu gün Şəmkirdə ağacəkmə aksiyası keçiriləcəkAzərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü əsasında Şəmkir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubleyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilir.

Qərbinfo.az xəbər verir ki, aksiya dekabrrın 6-da saat 11:00-da start götürəcək.

Aksiyada rayon ictimaiyyəti və 500 fəal gəncin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, aksiya çərçivəsində 6 minədək müxtəlif cins meşə ağaclarının əkilməsi gözlənilir.






Son Xəbər