XƏBƏR, İQTİSADİYYAT
5-12-2019, 18:18

Şəmkirdə baramaçılığın inkişafı məqsədi ilə 49 min tut tingi əkiləcək

Şəmkirdə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahədə aparılan izahat-təbliğat işləri, fermerlərə hərtərəfli dəstək artıq öz bəhrəsini verməkdədir.

Qərbinfo.az xəbər verir ki, bu günlərdə Çin Xalq Respublikasından ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 40 mininin Şəmkir rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 9 minə yaxın yerli tut tinginin əkilməsi də yaxın zamanda həyata keçiriləcək.

Rayon icra hakimiyyətinin bölgüsü əsasında qəsəbə və kəndlərdə tut tinglərinin əkilməsinə start verilmişdir.

Qeyd edək ki, bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tingləri Çin texnologiyası əsasında əkilir. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır.

Son Xəbər