XƏBƏR, SİYASƏT
5-12-2019, 15:52

XİN başçılarının görüşünün nəticələri

XİN başçılarının görüşünün nəticələri

“Baş nazir Nikol Paşinyan və ümumiyyətlə, Ermənistanın rəhbərliyi çıxışlarında Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı heç bir işarə etmirlər. Bununla yanaşı, onlar ardıcıl olaraq cəbhəyanı rayonlarda və işğal olunmuş ərazilərdə genişmiqyaslı təlimlər keçirirlər. Təlimlərin xarakterinə baxdıqda isə burada hücum və əks-hücüm məşqlərinin həyata keçirildiyini göürük”.

Qərbinfo.az bildirir ki, bu fikirləri politoloq İlqar Vəlizadə deyib.

Humanitar addımların reallaşdırılması ilə bağlı cüzi addımlar atıldığlnı deyən politoloq söyləyib ki, belə ki, son həftələr ərzində həm Ermənistanın bir qrup jurnalisti Azərbaycana gəlib, həm də Azərbaycan jurnalistləri Ermənistana və Dağlıq Qarabağa gedib, oradan reportajlar hazırlanıb.

İ.Vəlizadə qeyd edib ki, Nikol Paşinyanın qərarı ilə Ermənistan nümayəndə heyəti Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) hökumətlərarası komissiyasının 14-cü iclasında iştirak etmək üçün Bakıya göndərilir: “Azərbaycanda ardıcıl olaraq, çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsinə baxmayaraq, Ermənistan uzun müddətdir öz nümayəndə heyətini Bakıya yollamırdı. Neçə müddətdən sonra ilk dəfə olaraq, nümayəndə heyəti bu tədbirlərdin birinə gəlir. Amma yenə deyirəm bu kifayət etmir. Cəmiyyətin gözləntiləri, ümidləri başqadır. Bu cür addımlarla uzağa gedə bilmərik”.

Elmar Məmmədyarov və Zohrab Mnatsakanyanın dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada keçirilən görüşünə gəlincə, politoloq söyləyib ki, danışıqlar davam etsə də, real hadisələr daha çox hərbi-siyasi müstəvidə baş verir: “ Həm Azərbaycan, həm Ermənistan tərəfi hərbi təlimlər keçirir. Qoşun birləşmələrini artırır, sərhədlərdə rejimi gücləndirir. Bax, biz bunu görürük. Əslində bu tədbirlər hamısı müharibə ehtimalını yaxınlaşdırır. Yəni, hər iki tərəf müharibəyə hazırlaşır. Bu trendi dəyişmək üçün ortalıqda hansısa real təklif olmalıdır. Yaxud, real addımlar atılmalıdır ki, bu trendlər dəyişilsin. Bu addımların atılması hər halda gözlənilmir”.






Son Xəbər