XƏBƏR, MANŞET-SLAYDER
Ötən gün, 23:27

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 419; 2009, № 1, maddə 17; 2010, № 2, maddələr 80, 104, № 9, maddə 773; 2012, № 2, maddə 134; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərəcək.






Son Xəbər