XƏBƏR, SİYASƏT
Ötən gün, 21:24

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Slovakiyanın paytaxtı Bratislavada Azrbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü başlayıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik iştirak edir.






Son Xəbər