XƏBƏR, SİYASƏT
Ötən gün, 20:50

Ermənistan parlamentində xaos

Ermənistan parlamentində xaos

Bu gün Ermənistan parlamentində deputatların bir neçəsi ayağa qalxaraq Milli Məclisi tərk ediblər.

Qərbinfo.az Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məclisi tərk edənlər “Çiçəklənən Ermənistan” partiyasının deputatlarıdır.

Məlumatda qeyd olunur ki, parlamenti tərk edən deputatlar bunu siyasi baykot məqsədilə ediblər. Həmçinin diqqətə çatdırılır ki, sözügedən partiyanın deputatları bu hərəkətləri ilə hakim, “Mənim addımım” partiyasına etirazlarını bildiriblər.

Göründüyü kimi, Ermənistan parlamentində hərcmərclik nəinki davam edir, hətta bir az da artıb və bu ölkənin parlamentində xaos hökm sürür.






Son Xəbər