XƏBƏR, SİYASƏT
Ötən gün, 17:59

Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib

Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib

Nazirlər Kabineti (NK) Aparatının şöbələrinə yeni müdir təyin edilib.

Qərbinfo.az-ın məlumatına görə, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Mehman Tağıyev isə Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.






Son Xəbər