XƏBƏR, SİYASƏT
Ötən gün, 15:51

Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb

Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıbMilli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

Qərbinfo.az-ın məlumatına görə, bunu bu ün jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfə Mirzəyev bildirib.

O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclası da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.






Son Xəbər