XƏBƏR, SİYASƏT
Ötən gün, 14:52

Dünya dini liderlərinin II Bakı Sammiti Almaniya mətbuatında...

 Dünya dini liderlərinin II Bakı Sammiti Almaniya mətbuatında...

Almaniyanın “Ökumenische Information” qəzetində dərc edilən məqalədə Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətindən bəhs olunur.

Qərbinfo.az xəbər verir ki, məqalədə sammitin yekununda qəbul edilən bəyannamədə mədəniyyətlərarası və dinlərarası anlaşmaya çağırış olunduğu bildirilir. Beynəlxalq ictimaiyyətə terrorizm və insanlığa qarşı cinayətlərə qarşı mübarizəyə, bütün münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırış edildiyi diqqətə çatdırılır. Sammitdə dünyanın 70-dən çox ölkəsindən 500-dən artıq nümayəndəsinin iştirak etdiyi vurğulanır.






Son Xəbər