XƏBƏR, MƏDƏNİYYƏT
4-12-2019, 09:00

NNF azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı

NNF azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı

İsraildə "Near Nazareth Festival" (NNF) beynəlxalq film festivalının yeddinci mövsümü azərbaycanlı rejissorların filmlərinin nümayişi ilə açıldı.

Qərbinfo.az xəbər verir ki, ənənəyə görə, NNF film festivalı İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) ilə birlikdə keçirilir. Festivalın direktoru Lilia Bermanın sözlərinə görə, bu, azərbaycanlı rejissorların fəal iştirakı və İsrail tamaşaçılarının azərbaycanlı rejissorlarının işlərinə olan böyük maraqı ilə bağlıdır.

"Near Nazareth Festival" dünyanın hər yerindən gələn rejissorlara qapılarını qonaqpərvərliglə açır və müxtəlif ölkələrin kino həvəskarları ilə əməkdaşlıq yolu ilə dünya xalqları arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Bütün filmlər orijinal dildə təqdim olunur.






Son Xəbər