XƏBƏR, İDMAN
3-12-2019, 20:26

Cüdo üzrə açıq birinciliyin qalibləri müəyyənləşib

Cüdo üzrə açıq birinciliyin qalibləri müəyyənləşib

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun cüdo üzrə açıq birinciliyi keçirilib.

Qərbinfo.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda 14 komandanın tərkibində 111 idmançı mübarizə aparıb.

Yekun nəticəyə görə, ümumi hesabda “Gömrükçü” komandası birinci pillədə qərarlaşıb. “Neftçi” ikinci, “Kano” komandası isə üçüncü yeri tutublar. Açıq birincilikdə ilk üç yeri tutmuş idmançılar diplom və medallarla təltif ediliblər. Yarışda fərqlənənlərə müxtəlif nominasiyalar üzrə diplomlar da təqdim edilib.

Cüdo üzrə açıq birinciliyin qalibləri müəyyənləşib






Son Xəbər