XƏBƏR, DÜNYA, İDMAN
3-12-2019, 11:25

Messi 6-cı dəfə "Qızıl top" mükafatının sahibidir

Messi 6-cı dəfə "Qızıl top" mükafatının sahibidir

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Qərbinfo.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. L.Messi 2018/19 mövsümündə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi və 36 qolla turnirin bombardiri olub. Çempionlar Liqasında da 12 qol vuran argentinalı hücumçu bu turnirin bombardiri olub.32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.






Son Xəbər