XƏBƏR, MANŞET-SLAYDER
2-12-2019, 18:30

Sevindirici haldır ki, 4 il öncə Şəmkirdən başlayan yol müəllimlərin XV qurultayında başa çatdı

Sevindirici haldır ki, 4 il öncə Şəmkirdən başlayan yol müəllimlərin XV qurultayında başa çatdı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Şəmkir rayonun gənc müəllimləri ilə görüş təşkil edib.

Qərbinfo.Az xəbər verir ki, Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüş iştirakçılarının böyük əksəriyyəti “Şəmkir Gənc Müəllimlər Birliyi”nin üzvləri olublar.

Tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verilib. "Bildirilib ki, Assosiasiya 2018-ci ildə Azərbaycan müəllimlərinin XV qurultayında yaradılıb və əsas məqsədi region müəllimlərinin birgə fəaliyyətini təşkil etməkdir".

Görüşdə iştirak edən “Şəmkir Gənc Müəllimlər Birliyi”nin üzvləri də birliyin yaranma tarixi haqqında danışıb, qarşılıqlı əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

Bildirilib ki, “Şəmkir Gənc Müəllimlər Birliyi” 2015-ci ildən fəaliyyət göstərir. Birliyin ötən zaman ərzində önəmli layihələrlə rayonun təhsilinə verdiyi töhvələr, rayonun gənc müəllimlərinə faydası xüsusi vurğulanıb. Birliyin müəllim həyatına yeni qədəm qoyan gənclərin tanınması, onlar arasında əlaqələrin formalaşdırılması istiqamətində önəmindən danışılıb.

Vurğulanıb ki, “Böyük Yol Gənclərin” İctimai Birliyinin bir parçası olan rayonun gənc müəllimlərindən təşkil olunmuş birlik üzləri ardıcıl 4 il hər yay mövsümündə müəllimlər və şagirdlər üçün “Yay Məktəbləri” təşkil edib, məktəblilər arasında müxtəlif sınaq imtahanları, bilik yarışları, rayonun demək olar ki, bütün məktəblərində müəllimlər üçün seminarlar təşkil olunub. Hətta ucqar dağ kəndlərinin şagirdləri üçün “Səyyar Görüşlər” keçirilib, hər bir ucqar dağ kəndlərinin şagirdlərinə faydalı kitablar hədiyyə olunub. Eyni zamanda rayonun gənc müəllimləri aztəminatlı ailələrin övladları üçün pulsuz hazırlıq kursları təşkil edib və bu gün də təşkil olunur.

Bu layihələr içərisində məktəblidən müəllimə hər kəsin sevinc və sevgi ilə hazırlaşdığı isə, ölkəmizdə analoqu olmayan "Məktəbin Təqdimatı"dır (təqdimatlardan fotolar aşağıda verilib). Hətta bəzi məktəblər israrla bu tədbirin keçirilməsi üçün "Gənc Müəllimlər Birliyi"nə müraciətlər edirlər.

"Şəmkir Gənc Müəllimlər Birliyi”nin üzvləri diqqətə çatdırıblar ki, 2015-ci ildə Şəmkirdə gənc müəllimlərlə bağlı başlayan bu uğurlu yol 2018-ci ildə Azərbaycan müəllimlərinin XV qrultayında başa çatıb və Azərbaycan Gənc Müəllimlər Assosasiyası yaradılıb".

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri də “Şəmkir Gənc Müəllimlər Birliyi”nin fəaliyyətini yüksək qiymətləndirib, rayonun gənc müəllimlərinin peşəkar səriştələrini artırmaq üçün davamlı olaraq öz üzərində çalışmasından, geniş dünyagörüşlü, şagirdlərin inkişafına xüsusi həssaslıq və diqqətlə yanaşan mütəxəssislər olmasından təəccübləniblər.
Sevindirici haldır ki, 4 il öncə Şəmkirdən başlayan yol müəllimlərin XV qurultayında başa çatdıSevindirici haldır ki, 4 il öncə Şəmkirdən başlayan yol müəllimlərin XV qurultayında başa çatdı
Sevindirici haldır ki, 4 il öncə Şəmkirdən başlayan yol müəllimlərin XV qurultayında başa çatdı
Sevindirici haldır ki, 4 il öncə Şəmkirdən başlayan yol müəllimlərin XV qurultayında başa çatdı

"MƏKTƏBİN TƏQDİMATI"

DİGƏR TƏDBİRLƏR

Son Xəbər