XƏBƏR, SOSİAL
2-12-2019, 23:22

Hikmət Erən: TANAP ulu öndər Heydər Əliyevin böyük ideyalarının təntənəsidir

Hikmət Erən: TANAP ulu öndər Heydər Əliyevin böyük ideyalarının təntənəsidir

Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) uğurla başa çatması, istifadəyə verilməsi və TAP xəttinə birləşməsi ulu öndər Heydər Əliyevin böyük ideyalarının təntənəsidir.

Bu sözləri Qərbinfo.az-a-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədri Hikmət Erən deyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsinin nəsillərə örnək və həyat gerçəkliyi olduğunu qeyd edən Hikmət Erən bildirib: “TANAP ideyasının ortaya çıxması və hazırkı vəziyyəti sözün əsl mənasında Azərbaycan və Türkiyə xalqları üçün bəxtiyarlıqdır. Türkiyə tarixdə ilk dəfədir ki, özünün təbii qaz tələbatını indiki qədər rahat yolla və təhlükəsiz qaydada təmin edir. Bu təchizat bütün parametrlər üzrə təhlükəsizlik deməkdir. Eyni zamanda, Azərbaycan da karbohidrogen ehtiyatlarının ixracı ilə bağlı öz maraqlarını təmin edən qərarlar verir və bunu reallığa çevirir”.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tarixi əhəmiyyətini yüksək dəyərləndirən EkoAvrasiya dərnəyinin sədri əminliklə bildirib ki, Avropa istehlakçıları TANAP-dan bəhrə gördükcə Azərbaycan və Türkiyənin bundan sonrakı birgə layihələrində iştirak etməyə xüsusi maraq göstərəcəklər.






Son Xəbər