XƏBƏR, SİYASƏT
2-12-2019, 20:18

Sona Əliyeva: Milli Məclisin tərkibinin fəal, dinamik və təcrübəli kadrlardan təşkili vacib şərtlərdən birinə çevrilib

Sona Əliyeva: Milli Məclisin tərkibinin fəal, dinamik və təcrübəli kadrlardan təşkili vacib şərtlərdən birinə çevrilib

“Ölkədə gəncləşdirmə siyasəti aparılır. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr və struktur islahatları da çevik, dinamik idarəetmənin daha da təkmilləşdirilməsinə hesablanıb. Bu baxımdan Milli Məclisin də yürüdülən siyasətlə ayaqlaşması vacib şərtlərdəndir”.

Bu fikirləri Qərbinfo.az-a Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, qanunverici orqan olan Milli Məclisdə də gəncləşdirmə siyasətinə ehtiyac var: "Cənab Prezidentin dediyi kimi gəncləşdirmə və dinamizm təcrübə ilə vəhdət təşkil etməlidir. Hazırda parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə müəyyən mənada ehtiyac duyulur. Təbii ki, xalqla, seçicilərlə mütəmadi təmas, onarla mütəmadi təmasda olmaq, problemlərin dinlənilməsi, qaldırılan məsələlərin bir çox hallarda yerində həlli əsas şərtlərdəndir. Bu mənada Milli Məclisin tərkibinin fəal, dinamik və təcrübəli kadrlardan təşkili vacib şərtlərdən birinə çevrilib".






Son Xəbər