XƏBƏR, SOSİAL
2-12-2019, 17:21

Şəmkirdə Nəsiminin 650 illiyi münasibəti ilə keçiriləcək ağacəkmə aksiyasına hazırlıq işləri yekunlaşıb

Şəmkirdə Nəsiminin 650 illiyi münasibəti ilə keçiriləcək ağacəkmə aksiyasına hazırlıq işləri yekunlaşıbAzərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü dövlətin ekologiya siyasətinə, ətraf mühitin sağlamlaşdırılmasına, yeni yaşıllıqların salınmasına ideal töhfədir.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayonunda Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Dekabr ayının 6-da keçiriləcək ağacəkmə aksiyasında 6 minədək müxtəlif cinsli meşə ağaclarının əkilməsi planlaşdırılıb.

Qeyd edək ki, ağacəkmə aksiyasında rayon ictimaiyyəti və 500-dək fəal gəncin iştirakı etməsi nəzərdə tutulub.






Son Xəbər