XƏBƏR, SİYASƏT
2-12-2019, 09:27

Səfər başladı-Qarabağ müzakirə ediləcək

Səfər başladı-Qarabağ müzakirə ediləcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayır.

Qərbinfo.az Rusiya XİN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

"Xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar”, - deyə Rusiya XİN-in açıqlamasında bildirilib.

Səfər zamanı xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmə planının imzalanması da gözlənilir.






Son Xəbər