XƏBƏR, HƏRBİ
30-11-2019, 14:30

Müdafiə Nazirliyi: Əsgərin həlak olması xəbəri yalandır

Müdafiə Nazirliyi: Əsgərin həlak olması xəbəri yalandır

Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adlı hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rəsmi olaraq Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə, bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

“Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”, - deyə nazirliyin məlumatında qeyd olunub.






Son Xəbər