XƏBƏR, İDMAN
30-11-2019, 16:26

Beş idmançımız beynəlxalq turnirdə finala yüksəlib

Beş idmançımız beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın beş idmançısı Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Balkan turnirində finala yüksəlib.

Qərbinfo.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Amal Məmmədov (40 kq), Elmir Əliyev (40 kq), Bahadur Əhmədov (56 kq), Rüfət Ramazanlı (60 kq) və Hüseyn Şimiyev (85 kq yuxarı) finaladək bütün rəqiblərini məğlub edərək qızıl medal uğrunda mübarizəni təmin ediblər. Mehdi Salamov (70 kq) isə yarımfinal mərhələsinə vəsiqə qazanaraq birincilik uğrunda döyüşəcək.

Azərbaycan komandası yarışda məşqçi Rəşad İsayevin rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 1800-ə yaxın idmançı qüvvəsini sınayır.






Son Xəbər